PRESS NEWS AZERBAIJAN

Polis pişik

10.04.2018

 

 ABŞ-da Troy şəhər polisi qeyri-adi addım atıb. Bu barədə "MLive" nəşri məlumat yayıb. Belə ki, müsabiqə əsasında 6 pişik arasından biri polis orqanına işə götürülüb. Hələ ki, 450 qram çəkisi olan pişik fəaliyyətə başlamayıb.

Bir neçə həftədən sonra çəkisi 1 kiloqrama yaxınlaşacağı təqdirdə o, işə başlayacaq. Pişik əhaliyə sosial işlərdə və müxtəlif xeyriyyə tədbirlərində xidmət göstərəcək. Həmçinin onun adından polis şöbəsinin sosial şəbəkə hesabında xəbərlər dərc olunacaq.

 

Please reload