top of page

Türkiyədə Azərbaycan mediası qurulur


Azərbaycan mədəniyət və incəsənətinin, iqtisadi və siyasi həyatının Türkiyədə geniş oxucu kütlələrinə çatdırılması daim prioritet olaraq qalırdı. 2014-cü ildə www.canazerbaycan.tv layihəsi ilə başladılan işlər nəhayət sona çatdı.

4 illik gərgin fəaliyyət göstərdi ki, Azərbaycanın tarixi, mədəniyyəti, turizm məkanları, gözəllikləri, beynəlxalq aləmin daim müzakirə etdiyi, Azərbaycanın əzəli, ayrılmaz torpaqları olan Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi faktları Türkiyədə yetərincə tanınmır. 85 milyonluq Türkiyədə Azərbaycanın haqq işini düşünən, qəlbi Azərbaycan sevgisi ilə dolu, Azərbaycanın haqlı davasını təbliğ edən və bu problemi beynəlxalq aləmin daim diqqət mərkəzində saxlamağı qarşısına məqsəd qoyan bir medyanın işıq üzü görməsi zamanı gəlib. Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyinə töhfə olaraq yaradılan media qurumunun ilk işi Novruz Bayramı ərəfəsində Google Play-de “CAN AZƏRBAYCAN RADİO”sunun açılması oldu. Artıq dünyanın hər yerində internet üzərindən 7 gün, 24 saat Azərbaycanın xalq mahnıları və muğamlarının ən gözəl nümunələrini 5 fərqli radio kanalından dinləyə biləcəklər.

10 may 2018-ci ildə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi günündə ilk sayı işıq üzü görəcək “Can Azərbaycan” qəzeti Azərbaycan mediası olaraq Türkiyədə bir ilkə imza atacaq. Qəzet öz fəaliyyəti ilə Türkiyədə Azərbaycan haqqında müfəssəl, dolğun bir fikir formalaşdırmağı, Azərbaycan reallıqlarını qardaş ölkədə təbliğ etməyi qarşısına məqsəd qoyub.

İnanırıq ki, “Can Azərbaycan” qəzeti öz missiyasını uğurla, vicdanla yerinə yetirəcək, oxucuların sevimlisinə çevriləcək.

bottom of page