top of page

Xərçəngin müalicəsində ÜMİD - Yeni tapıntılar var


Xərçəngin metastaz etməsinə səbəb olan şiş hüceyrələri tapılıb. Pressnews.az Türkiyə mediasına istinadən bildirir ki, yeni tapıntı belçikalı alimlərin axtarışları nəticəsində üzə çıxıb.

Araşdırmanı Azad Brüssel Universiteti, Katolik Leuven Universiteti və Erazm Xəstəxanasından olan 25 həkim aparıb.

Araşdırmalarda elm adamları xərçəngin müxtəlif mərhələlərdəki hüceyrələri ilə tanış olub və bədxassəli olanları 6 ayrı kateqoriyaya ayırıblar.

Şiş hüceyrələrinin genetik quruluşunu araşdıran tədqiqatçılar onların eyni xüsusiyyətə malik olmadıqlarını tapıblar.

Araşdırmadan əldə edilən nəticələr xərçəngin gələcəkdə müalicəsi üçün ümid ola bilər.

bottom of page