top of page

HEYDƏR ƏLİYEVDƏN MÖHTƏRƏM PREZİDENTİMİZ CƏNAB İLHAM ƏLİYEVƏ MÜRACİYYƏT - FOTO- VİDEO


XAHİŞ EDİRİK BU MÜRACIƏTİMİZİ SONA KİMİ OXUYASINIZ !!!

Biz xarici dövlətlərdə yaşayan və tələbə aspirant kimi təhsil alan gənclər, sizin xalqımız qarşısında çıxışınızı və biz gələcək nəsilə qiymətli tövsiyələrinizi diqqətlə dinləyirik. Sizə, ailəmiz üçün çox əhəmiyyəli olan , eyni zamanda böyük narahatçılıq törədən bir vacib məsələ ilə bağlı müraciət etməyə məcbur olmuşuq. Biz xaricdə təhsil alan tələbələr, Sizin çıxışlarınızdakı məsləhətləri qəbul edir və bir örnək olaraq ,onlara fəaliyyətimizin proqramı kimi əməl edirik. Çıxışınızda göstərmisiniz ki, dövlətimizdə, gündəlik işinizdə məmur özbaşınalığı ilə bağlı neqativ hallar bərədə mənə məlumat verin. Yazın, email-ə, yazılı məktub göndərin, məndən tələb edin. Mən öz tərəfimdən tədbir görərəm.

Biz-xarici dövlətdə əyani təhsil alan tələbələr - üç qardaş: mən Heydər Əliyev, qardaşlarım Cavanşir Əliyev və Ağalar Əliyev bu müraciətimizi yazılı şəkildə göndərməklə, Sizinlə görüşmək arzumuzun olduğunu bildirmək istəyirik. Bizim nə isə müstəsna işimiz yoxdur hər şey atamızla, Sizin hər bir vaxt müdafiə etdiyiniz Ədalətlə bağlıdır. Atamız-Məmməd Əliyev Siz tərəfdən imzalanmış 3-cü “Zəmanət Məktubunuzla “ Dövlət Neft Şirkətindən bir başa Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mərkəzi aparatına,müstəsna hal kimi, 36 yaşında şöbə prokuroru təyin edilmişdir. Lakin bir müddət sonra, Baş Prokurorluğda qüsursuz, korrupsiyadan, rüşvətdən uzaq, Heydər Əliyev irsinə və Sizə daima sadiq bir prokuror kimi fəaliyyəti nəzərə alınmadan, Baş Prokurorluğunun rəhbərliyi tərəfindən hansısa qısqanclığın qurbanı olaraq, təhdid, təqib, təzyiqlərə məruz qalıb heç bir səbəb göstərilmədən,hələ 2010 cu ildə Baş Prokurorluğun aparatından uzaqlaşdırılıb, Bakı şəhər prokurorluğuna şöbə prokuroru, yəni aşağı vəzifəyə təyin edilərək, 300 azn aşağa maaşı keçirilmişdir. Bununla da ona Sizin imzaladığınız “Zəmanət Məktubları” nəzərə alınmadan ilk psixoloji zərbə vurulmuşdur. Hətta məzuniyyətdə olduğu müddətdə rəhbərlik çaşqınlıq içində qalıb ona qanuna zidd olaraq töhmət verilmişdir.Səbəb: - Hansı ki, bir ay öncə PA şöbə müdiri Şahin Əliyevə təqdim etdiyi sübutlar əsasında Atestasiya komissiyası önə çəkilərək Prokurorluğun Tədris mərkəzində qeyri-qanuni paralel fəaliyyət göstərən imtahan komissiyasını Sizin sərəncamınızla ləğv olunmasıdır !!!

Cənab Prezident !

Azərbaycan gəncliyinə nümunə olan qardaşlarımla birgə11 aprel prezident seçkiləri ərəfəsində istər İsraildə, istər Kanadada, istər Fransada, istər Moskvada olarkən yalnız Heydər Əliyev irsinin təbliği ilə məşğuluq. Qarşıdan gələn Prezident seçkiləri ərəfəsində də bütün xaricdə yaşayan azərbaycanlı tələbələrin, bir könüllü təbliğatçınız kimi , 11-i tarixində,Cənab Prezident, Sizə səs verməyə hazırlaşırıq. Biz öz prezidentimizi artıq seçmişik. O, Ulu Öndərin varisi İlham Əliyevdir!!!

Siz bizim Prezidentimizsiz !

Məmməd Əliyev kimdir? 1972-ci ildə Azərbaycan Respublikasının KP MK-nin birinci katibi olmuş Heydər Əliyev- Xanbulançay dəryaçəsindən görüşündən çayka maşını ilə qayıdarkən, o maşını saxlatdıraraq, yol kənarında onu qarşılamağa gəlmiş zəhmətkeş, şagirdlər və tələbələrlə görüşmək qərarına gəlir. Onun ilk görüşdüyü şagird, atam Məmməd Əliyev olur. Bu sevindirici anda, 8 yaşlı atam Məmməd Əliyevə Ulu Öndərimiz Heydər Əliyevə həmişəyaşıl dəfinə ağacının yaşıl budağını verməklə salamlaşmışdır. Heydər Əliyev soruşmuşdur: - Sənin adın nədir ? - “Mamed” deyə atam cavab verərkən , cavabında Ulu Öndər ona “yox sənin adın Məhəmməddir” deyib! İlk dəfə məhz onda, Ulu Öndər ,72-ci ildə atamın başına sığal şəkib, atama xeyir-dua vermiş, ayrılmışdır. Məmməd Əliyev kimdir? Məmməd Əliyev Memarlıq və İnşaat Mühəndislər İnstitutunu bitirmiş ali təhsilli memar. Sonra Rusiya dövlətində ali hüquq təhsili almış Hüquqşünas, Sizin “Zəmanət Məktubunuzla” şöbə prokuror təyin olunmuş, eyni zamanda 1992-ci ilin sonu,1993-cü ilin əvvəlində Respublika ziyalılar tərəfindən Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı Naxçıvanda yaşayan Ulu Öndərimiz Heydər Əliyevə olunan müraciətin, sadiqliyin davamı olaraq və YAP-ın təşkilatlanmasındakı xidmətləri nəzərə alınaraq Bakı kinotetrında keçirilən ilk konfransında Xətai rayonun təşkilatının ilk təftiş komissiyasının sədri seçilmişdir. O vaxt Xətai rayon Yeni Azərbaycan Partiyasını tanınmış şəxslər: Ziya Bünyadov,Murtuz Ələsgərov, Fərəməz Məqsudov, İbrahim Mehdiyev, Vüqar Rəhimzadə, Akif Qəmbərov, Kərim Ağayev, Turan Əliyev, Ramiz Mirzəyev və o dövrdə Xətai rayon KP 1-ci katibi işləmiş Rafiq Qasımov iştirak etmişlər. Rafiq Qasımov YAP Xətai rayon Təşkilatın ilk sədri seçilmişdir. Həmin dövr çox təlatümlü idi. Üzdəniraq hakimiyyətin güc strukturları tez-tez bizə hədə-qorxu gəlir, fəaliyyətimizi dayandırmağı tələb edirdilər. Bunlara baxmayaraq, çətinliklədə olsa biz konfransımızı keçirdik və onu müvəffəqiyyətlə başa çatdıra bildik. Atam Məmməd Əliyev bizə danışırdı ki, biz Hacibaba Bağırovun Tənqid-təbliğ teatrında, Xətai rayonunda Qaz və Qazın nəqli İdarəsində, İbrahim Mehdiyevin rəhbərlik etdiyi Protez-Ortopediya İnstitutunda tədbirlərimizi keçirirdik.. Bütün bunlar sözsüz ki, böyük risklər hesabına başa gəlirdi. Mən 1993-cü ilin fevral ayında dünyaya gəlmişəm.

Bu o dövr idi ki, hələ Ulu Öndərimiz hakimiyyətə gəlməzdən öncə, o dövrün vətəpərvər gənclərə xüsusi ehtiyacı olan bir zamanda atam böyük oğluna, mənə doğma atasının deyil,məhz Ulu Öndərimiz Heydər Əliyevin adını qoymuşdur. Bu həmin o dövrdür ki,Ulu Öndərimiz öz çıxışlarında deyirdi ki, “mənim Bakıda evim yoxdur, mən qardaşımın evində qalıram”,bu o dövrdü ki,böyük ziyalımız Əjdər Xanbabayev qətlə yetirildi, bu o dövrdü ki,həmin ilin sentyabr ayında Afiyyəddin Cəlilov,Şəmsi Rəhimov evinin qarşısında güllələndilər, bu o dövür idi ki, Murtuz Ələskərova ağır bədən xəsarəti yetirildi.O dövrü xatırlayaraq, atam həmişə deyir:“ mən dövlət qarşısında, Heydər Əliyev və onun ruhu qarşısında bu gün ən müqəddəs işlərimdən birincisini yerinə yetimişəm. Həmişə deyir mənim ünvanımda Ulu Öndərin hakimiyyətə gəlməzdən öncə, o adı şərəflə daşıyan oğlum Heydər Əliyev böyüyür.”Atam o təhlükəli illərdə cəsarət göstərmiş Heydər Əliyevin 70 illik yubileyinə Səs qəzetinin 12 may 1993 cü il tarixli 24 (107) sayında “Hər iki Heydar yüz yaşasın məqaləsini çap elətdirmişdir. [if gte vml 1]><v:shapetype id="_x0000_t75" coordsize="21600,21600" o:spt="75" o:preferrelative="t" path="m@4@5l@4@11@9@11@9@5xe" filled="f" stroked="f"> <v:stroke joinstyle="miter"></v:stroke> <v:formulas> <v:f eqn="if lineDrawn pixelLineWidth 0"></v:f> <v:f eqn="sum @0 1 0"></v:f> <v:f eqn="sum 0 0 @1"></v:f> <v:f eqn="prod @2 1 2"></v:f> <v:f eqn="prod @3 21600 pixelWidth"></v:f> <v:f eqn="prod @3 21600 pixelHeight"></v:f> <v:f eqn="sum @0 0 1"></v:f> <v:f eqn="prod @6 1 2"></v:f> <v:f eqn="prod @7 21600 pixelWidth"></v:f> <v:f eqn="sum @8 21600 0"></v:f> <v:f eqn="prod @7 21600 pixelHeight"></v:f> <v:f eqn="sum @10 21600 0"></v:f> </v:formulas> <v:path o:extrusionok="f" gradientshapeok="t" o:connecttype="rect"></v:path> <o:lock v:ext="edit" aspectratio="t"></o:lock> </v:shapetype><v:shape id="_x0000_s1026" type="#_x0000_t75" style='position:absolute; margin-left:427.7pt;margin-top:-36pt;width:246.05pt;height:1375.8pt;z-index:251657728; mso-wrap-distance-left:0;mso-wrap-distance-right:0;mso-position-horizontal:right; mso-position-horizontal-relative:text;mso-position-vertical-relative:line' o:allowoverlap="f"> <v:imagedata src="file:///C:\Users\salaev\AppData\Local\Temp\msohtmlclip1\01\clip_image001.jpg" o:title="_AZpressAZ-Memmed-Eliyev-Ca"></v:imagedata> <w:wrap type="square"></w:wrap> </v:shape><![endif][if !vml][endif]Cənab Prezident, mən həmin o təhlükəli illərdən Ulu Öndərin adını daşıyan Heydər Əliyevəm. Moskva Dövlət Universitetinin hüquq fakultəsinin bakalavr ,magistr pilləsini bitirmişəm.Hazırda Moskva Dövlət Sosial Münasibətlər Akademiyasında Dünya İqtisadiyyatı üzrə və eyni zamanda Moskva Dövlət Humanitar Universitetində Beynəlxalq Hüquq ixtisası üzrə aspirant kimi əyani təhsil alıram. Qardaşım Cavanşir Əliyev Sizin təhsil aldığınız, dərs tədris etdiyiniz, (MGİMO) Moskva Dövlət Beynəlxalq Münasibətlər institutunun Beynəlxalq Hüquq və Avropa Birliyi Kafedrasının əyani

aspirantıdır. MGİMO nun magistr pilləsini əlaçı diplomla bitirib, hal-hazırda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda dünyanın 67 dövlətindən təhsil alan magistr tələçələrə Beynəlxalq Hüquq ixtisasından dərs tədris edir.(Videonu əlavə edirəm). Sizin addımladığınız koridorlarda addımlayır.Cənab Prezidentimiz, Sizin dərs tədris etdiyiniz auditoriyalarda dərs tədris edir və bunu fərəhlə deyir,qürur hissi keçirir. Bu gün üçüncü qardaşım Ağalar Əliyev hazırda dünyada tanınmış Moskva Dövlət Xalqlar Dostluğu Universitetinin Beynəlxalq hüquq fakultəsinin sonuncu kurs əyani tələbəsidir. Biz 3 qardaş çətinliklədə olsa əyani təhsil alırıq.

Sizə bu müraciəti göndərməkdə əsas məqsədimiz: Qeyd etdiyim kimi, atam Məmməd Əliyev 18 ildir Sizin imzaladığınız “Zəmanət Məktublarınız” ilə prokurorluqda işləyir. Biz üç qardaşların xarici dövlətdə əyani təhsili ilə bağlı, daim maddi cəhətdən sıxıntı içində yaşasaqda, bununla belə biz cəkinmədən, yaşadığımız Rusiya dövlətətində maddi ehtiyaclarımızı ödəmək üçün supermarketlərdə və s. yerlərdə əmək fəaliyyəti ilə də məşğul oluruq ki, təki atamız yaşasın !

Atamız Məmməd Əliyevin aylıq məvacibi 900 AZN-dir.Prokuror İşlədiyi 18 ildə müxtəlif vaxtlarda, 22 dəfə rəsmi olaraq Ölkənin Baş prokuroru Zakir Qaralova müraciət etməsinə baxmayaraq, onun qəbuluna düşə bilməmişdir ( təqrirləri əlavə edirəm). Mənim Sizdən xahişim odur ki, imkan tapıb, bizi, 3 qardaşı və atamızla birlikdə qəbul edəsiz...Burada yazıb, deyilməsi mümkün olmayan çox vacib məsələlər var ki, Heydər Əliyev irsinə sadiq olan gənclər kimi,Sizinlə görüşüb bir çox məsələlərdən məlumat vermək istərdik. Çünki bu stresləri çəkən atam Məmməd Əliyev,işlədiyi müddətdə son dörd ildə ,12 dəfə ciddi əməliyyata məruz qalmışdır. Əgər siz hörmətli Səhiyyə Naziri Oqtay Şirəliyevə göstəriş versəniz,o yəqin ki, Sizə mənim atamın dəfələrlə ölümdən qayıtmasını sübut edən cərrahiyyə olunma sənədlərini təqdim edər. Biz onun oğulları bu böyük dəhşətə dözə bilmirik.Bu sıxıntılar prokurorluqda işlədiyi dövrün olduqca ağır təhdidlərinin nəticəsidir. Ona görə də ən böyük xahişimiz budur ki, bizi qəbul edəsiz (Fotoları əlavə edirəm).

Bunu da əlavə edib bildirmək istəyirəm ki, 4 il bundan öncə mən Moskva Dövlət Universitetini bitirəndən sonra Azərbaycanda qalmaq istədim. Şəxsi işimiz razılaşdırılmış formada PA-a verildi. İki dəfə PA-da oldum. Yoxlamalar 4 il çəkdi. Prezident aparatında Qafar Əliyev atama məlumat vermişdi ki, biz sizə cavab verəcəyik. Onun cavabının nəticəsi belə olmuşdur. Yəni orada Natiq Əliyev adlı bir işçi mənim atam Məmməd Əliyevə mobil telefonla zəng edib, bildirmişdir ki, Ulu Öndərin adını daşıyan oğlunuz Heydər Əliyevin bugünkü gündə Prezident Aparatında hər hansı bir işlə təmin olunması imkan xaricindədir. Atam səbəbini soruşanda bildirmişdir ki, Prezident Aparatında maliyyə çətinliyi ilə bağlıdır. Ona görə 4 ildə bu məsələ cavabsız qalmışdır.Bu gündə şəxsi işim PA-da Qafar Əliyevdədir.Xahiş edirik bu müraciətimidə nəzərə alasınız ! Qeyd etmək istərdim ki, hörmət etdiyim Əli Həsənov və Qafar Əliyev atam Məmməd Əliyevi çox yaxşı xatırlayırlar. Atam söyləyir 1993-cü ilin iyun ayı idi.O vaxt Yeni Azərbaycan Partiyasının Qərargahı Cavid bağının yanında yerləşirdi. Atam (Səs qəzeti 12 may 1993 cü il.24 (107)) qəzetləri götürmək üçün Bakı Dövlət Universitetinin yanında ,Kibernetika İnstitutunun 4-cü mərtəbəsində yerləşən Səs qəzetinin redaksiyasına gedir baş redaktor Ağabəy Əsgərovun müavini Səyyad Aranla görüşür. O, məqalə dərc olunan qəzetləri atamın mütəmadi olduğu YAP mərkəzi qərərgahından götürməyi məsləhət görür. Atam qərargahda YAP-ın sədr müaveni Əli Nağıyev, PA-da Qafar Əliyevlə görüşür. (Atam onu da qeyd edirdi ki, mən o qərargaha girəndə 30-40 sm ayağım ele bil quyuya düşürdü.YAP-ın qərargahının döşəməsi küçə ilə bir bərabərlikdə deyildi.Giriş qapısının ortasında sarımtıl rəngdə kiçik jurnalni stulun üstündən qəzetlər toplusunu götürüb, adlarını çəkdiyi insanlarla görüşüb ayrılandan sonra,1993-cü il iyun ayı olub.Qərargahın qarşısında atamı boz rəngdə bir mercedes qarşısını kəsir.İsti havada,insanların gözü qarşısında qalın buşlat geyinmiş o vaxtın üzdəniraq hakimiyyətinin qoçuları yumruq gücü ilə atamı maşının içinə salmışlar. Sonra onlar, Zooparkın yanındakı yanacaqdoldurma məntəqəsindən yanacaq götürüb, orada uzun müddət fəaliyyət göstərmiş “Tural” restoranın həyətində atamı maşının damından bayıra ataraq,oradakı dəmir barmaqlıqlar olan qəfəsə salmışlar.Səs qəzetini yeməyi ona məcbur etmişlər. Bu azmış kimi maşının baqaj hissəsindən hərbi paltara bükülmüş vəhşi canavarı çıxarmış dəmir qəfəsdə atamın üzərinə atmışlar ki, vəhşi canavar atamın həyatına son qoysun.Əsas səbəb Heydər Əliyevi təbliğ etməmək,Ona qarşı təkzib vermək,bu addan imtina etmək olub. Atam öz əqidəsindən dönməmiş, şərəfli bir tarix yazmışdır.Uzun illər oncə atam bu haqda PA-da Qafar Əliyevə məlumat vermişdir.

Cənab Prezidentimiz o ağır və təhlükəli illərdə üzdəniraq hakimiyyətin qoçuları atamı qətlə yetirə bilməyiblər !

Amma bu gün Respublika Prokurorluğunun rəhbərliyi atamız Məmməd Əliyevi psixolji terrora məruz qoyub öldürmək istəyirlər. Biz onun oğulları bu böyük dəhşətə dözə bilmirik. Ona görə də təkrar xahişimiz budur ki, bizi qəbul edəsiz...

Cənab Prezident Siz atamı Baş prokurorluğa göndərdiyniz halda,sual yaranır, hazırda Bakı şəhər prokurorluğunda işləyir? Özüdə aşağı vəzifədə! Niyə ?

Bu gündə Respublika Prokurorluğunun rəhbərliyi tərəfindən çox böyük sıxıntı içindədir.Ona qarşı psixoloji teror bu gündə davam edir !

Ona Baş prokurorluğun rəhbərliyi tərəfindən olan qeyri səmimi münasibət sərhəd tanımır. Sadəcə atam deyir ki, 18 ildir mən prokuror vəzifəsində işləyirəm, bir gün də olsun prokurorluğun fəaliyyət istiqamətləri ilə məşğul olmamışam. Mən səhər gedib kabinetdə otururam, ordan da çıxıb için sonunda evə gedirəm.

Bu 18 ildə mən bir dəfə də olsun prokurorluğa aid hər hansı bir tapşırıq yerinə yetirməmişəm. Hətta atam deyir ki, 2007-ci ildə mənə verilən ƏDLİYYƏ MÜŞAVİRİ rütbədən 11 il ötməsinə baxmayaraq, növbəti rütbəmin verilməsindən ötrü Baş Prokuror Zakir Qaralova dəfələrlə rəsmi müraciət etsəmdə, Kadrlar idarəsinin rəisi Nazim Rəcəbovla görüşsəmdə nəticəsi olmamışdır. Atamın müraciətlərinə, Sizin imzaladığınız Zəmanət Məktublarınıza biganəlik biz oğulları məcbur etdi ki, Sizə müraciət edək.Bu əlamətdar bir dövrdə Sizdən kömək istəyək.. Məlumat üçün redaksiyaya bildirmişik atamızla bağlı Ulu Öndərin adını daşıyan mən Heydər Əliyevdən qardaşlarımla birlikdə Sizə ünvanladığımız video müraciətimiz də var. Cənab Prezidentimiz, bu müraciətimizin Sizə çatmasında mane olanlar tapılacaq, ölkənin Baş Prokuroru atamı dəvət edib, onunla narahatçılıq törədən hallar barədə söhbət etməyəcəksə, onun 22 dəfə etdiyi müraciətdən sonra bir dəfə də olsun onu qəbul etmədiyini nəzərə almayacaqsa, ciddi arqumentlərə söykənən Sizə məlumat vermək üşün hazırladığımız video müraciəti yayımlamaqla Sizə mütləq məlumat verəcəyik.

Cənab Prezidentimiz Sizə məlumat veririk ki, biz üç qardaş Azərbaycana gələ bilmirik. Atamın 20 ilə yaxın bu çıxılmaz şəraitdə işləməsinin nəticəsidir ki, bizim normal yaşayış şəraitimiz yoxdur.

Bu gün Bakı-Şamaxı yolunun 25-ci km-də, bir ünvanda yaşayırıq.Bu ünvanımızdan başqa Bakı şəhərində heçnəyimiz yoxdur.Ailəvi qeyiyyatımızda Abşeron rayon Polis İdarəsindədir. Yaşadığımız evin üstündə iki ədəd 240 min voltluq dəmir dayaqlar üzərində yerləşdirilmiş, yüksək gərginlikli elektrik xətti keçir. Ora gələndə şüalanırıq. Bildirmək istərdik ki, qonşularımızdan o şüadan dünyasını dəyişənlər də var.Xanımlar,qadınlarımızın süd vəzi xərçəngindən dünyasını dəyişənlər var.

Üstümüzdə olan 240 min voltluq ölüm kabusunun götürülməsində Etibar Piriverdiyevə bununla bağlı dəfələrlə müraciət etsək də, o bu məsələdə heç kimi tanımadığını bildirmişdir.

Bunlar həqiqətdir cənab Prezident !

Biz dönə-dönə Sizdən xahiş edirik bizim bu müraciətimizi də nəzərə alın.

Mən elə başa düşürəm ki, biz qardaşların bu çıxışları,qaldırdığıməz bu tükürpədici ciddi arqumentlərə söykənən 3 vacib məsələnin həlli Azərbaycan Prokurorluğu tərəfindən öz nəticəsini verər.Nəhayət ki, atamı rüşvətdən, korrupsiyadan uzaq bir insan kimi Baş Prokuroluğun özündə, aylıq məvacibi yüksək olan idarələrin birinə laiq olduğu vəzifəyə irəli çəkiləcək, müddəti keşmiş rütbəsidə veriləcək - 18 illik ona qarşı olan təhtidlərə son qoyulacaq !

Möhtərəm Prezident, biz Məmməd Əliyevin oğulları, bütün onu sevən xalqımızın, bir çox ziyalılarımızın Heydər Əliyev irsinə sadiqdüşünən təbəqəsi Sizi əmin edir ki, bu gün müasir Azərbaycanımız üçün, yeni düşüncə tərzinə malik Məmməd Əliyevə, Respublikamızın güc strukturlarından hər hansı birini etibar etsəniz o, idarə etmək və xalqına xidmət etmək,bir daha Sizə sadiqliyini nümaiş etdirmək qabiliyyətindədir. Müxtəlif vasitələrlə atamızın bu qədər sadiqliyini, dövlətçilikdə bu qədər xidmətlərini, Ulu Öndərin qurduğu dövlətlə bağlı az qala həyatını itirəcəyi təqdirdə bu gün o psixoloji terrora məruz qoyub, tərcümeyi-halını ləkələmək istəyənlər də tapılır !!!

Biri savadsız demək istəyir, biri bacarıqsız demək istəyir. Savadsız adamın üç oğlu Moskvada əyani ali hüquq təhsili ala bilərmi? Bacarıqsız insan cənab Prezidentimizdən üç dəfə Zəmanət məktubu ala bilərmi? 18 il rüşvətə korrupsiyaya yox deyə bilərmi? Azərbaycan Yazıçılar Birliyinin üzvü olarmı ? Hüquq sahəsində namizədlik dissertasiyasını bitirə bilərmi ? Ədliyyə müşaviri ola bilərmi?

Xalqının, millətinin bu qədər hörmətini qazana bilərmi? Bax bu suallar açıq qalıb, cənab Prezident. Bunu edənlər atamız Məmməd Əliyevin yüksək intelekti,müasir təfəkkürə malik olması qarşısında acizdirlər?

Xahiş edirik, atamla bağlı qəbul edin bizi və dinləyin. Baxın görün bu sadiqlik nə qədər ucadır, nə qədər şərəflidir. Biz bu şərəfli missiyaya, bu şərəfli, əlçatmaz zirvəyə nail olmaq istəyirik. Sizinlə görüşmək istəyirik. Dərdimizi bölüşmək istəyirik. Sizdən kömək istəyirik.

R.F. MOSKVA ŞƏHƏRİ

Heydər Əliyev, Cavanşir Əliyev və Ağalar Əliyev qardaşları 27 mart 2018-ci il

bottom of page