PRESS NEWS AZERBAIJAN

İnsan psixologiyasını pozan qidalar

25.04.2018

 Aparılan araşdırmalara görə, marqarin, fəstfud və qablaşdırılmış şirniyyat məhsulları insan psixologiyasını pozur. Bu məhsullar psixologiya üzərində mənfi təsir yaradaraq ruhi vəziyyətin qəfil dəyişməsinə səbəb olur. Yəni insan psixologiyasına yalnız ətrafında baş verən hadisələr və insanlar deyil, eyni zamanda, onun yediyi qidalar da təsir edir.

Qatı yağ və marqarin

Trans yağlar təkcə sağlamlığımıza deyil, eyni zamanda, psixoloji durumumuza da mənfi təsir göstərir. Bu yağların tərkibində insanları bədbinləşdirən maddələr olduğundan bunların əvəzinə kərə yağı istifadə edin.

Qablaşdırılmış şəkər məhsulları

Şirniyyatlar ruh halınıza mənfi istiqamətdə təsir edir. Qablaşdırılmış şirniyyatların içərisinə qatılan bir çox müxtəlif zərərli maddələr uşaqlarda diqqət çatışmazlığı kimi sağlamlıq problemlərinə də yol açır.

Qablaşdırılmış meyvə quruları

Meyvə quruları və qutu konserv kimi hazır məhsullar psixologiyanıza mənfi istiqamətdə təsir edir. Onlara qatılan kimyəvi maddələr insanda yorğunluq və zəiflik yaradır. Bu məhsullar əsasən, uşaqlarda diqqət yayınması və hiperaktivlik problemlərinə yol açır.

Fəstfud

Fəstfud tərkibindəki yağlarla sağlamlığa vurduğu zərərlə yanaşı, onun insan beyninə və əhvalına mənfi təsir göstərən tərəfləri də vardır. Bu cür məhsulların psixologiyamıza verdiyi təsirləri təhlükəlidir. Araşdırmalar göstərib ki, fəstfud məhsulları depressiya yaradır, tərkibindəki yağlar isə bədənin ən böyük düşmənlərindən biridir.

Qarğıdalı çubuğu

Qarğıdalı çubuğu və səhər yeməyində istifadə edilən qarğıdalı yarması enerji itirilməsinə və melanxolik ruh halına səbəb olur. Tərkibində güman edildiyindən daha çox miqdarda şəkər olan bu məhsulları pəhriz siyahısından çıxarın. Ümumiyyətlə, qablaşdırılmış çərəzlər insanda yorğunluq, zəiflik hislərinə səbəb olur.

Please reload

ƏN ÇOX OXUNANLAR