PRESS NEWS AZERBAIJAN

Kanadada erməni 10 nəfəri öldürdü, 15 nəfəri yaraladı

25.04.2018

 Kanadanın Toronto şəhərində sürücünün avtomobili piyadaların üzərinə sürməsinin səbəbləri arasında terror aktı versiyası da nəzərdən keçirilir. Bu barədə “Reuters” agentliyi ABŞ xüsusi orqanlarındakı mənbəyə istinadən xəbər verib. Mənbəyə görə, hadisənin sadə qəza olduğunu düşünməyə heç bir əsas yoxdur. Kanadanın Toronto şəhərində sürücünün mikroavtobusu piyadaların üzərinə sürməsi nəticəsində ölənlərin sayı 10-a çatıb, 15 nəfər yaralanıb. Bu barədə CTV telekanalı yerli polis rəhbəri Mark Saundersə istinadən məlumat verib. Onun sözlərinə görə, sürücü maşını qəsdən insanların üstünə sürüb, lakin hazırda insidenti terror aktı adlandırmaq üçün dəlillər yoxdur. Artıq sürücünün şəxsiyyəti müəyyənləşib.

Kanada polisi müəyyən edib ki, 25 yaşlı sürücünün adı Alek Minasyandır və o, Ermənistan vətəndaşıdır. Sürücü saxlanılan zamanı polisə silahlı müqavimət göstərib. Hüquq-mühafizə orqanları cinayətin motivləri ilə bağlı hələ ki, heç bir açıqlama vermir. “Reuters” iddia edir ki, baş verən hadisənin əsas versiyası terror aktıdır.

Please reload

ƏN ÇOX OXUNANLAR