PRESS NEWS AZERBAIJAN

Əsədə sadiq 38 hərbçi öldürüldü

01.05.2018

 Suriyada Bəşər Əsədə sadiq hərbçilərin və İran İnqilab Keşikçiləri Qvardiyası silahlılarının yerləşdiyi hərbi bazanın raket atəşinə tutulması nəticəsində 38 nəfər ölüb, 57 nəfər yaralanıb. “Haberler” xəbər verir ki, aprelin 29-da gecə saatlarında endirilən raket zərbələrinin təsirindən bölgədə 2,6 bal gücündə zəlzələ olub. Bu arada Suriya ordusu Fərat çayının şərq bölgəsində ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin əlində olan bir neçə kəndi ələ keçirib. SANA xəbər agentliyinin bildirdiyinə görə, Rusiyanın dəstəklədiyi Suriya qüvvələri Der Əl-Zur vilayətində 4 kəndi nəzarətə götürüb. İraqla sərhəd olan bu vilayət daha əvvəl İŞİD  yaraqlılarının nəzarətində idi. Son il ərzində Suriya ordusu bölgənin qərb hissəsində əksər ərazini geri alıb. Suriya Demokratik Qüvvələri isə çayın şərq hissəsinə nəzarət edirdi. Tərəflər arasında qarşıdurmalar nadir haldır. Belə ki, Suriya ordusu diqqətini əsasən İŞİD-in əlində olan bölgələrə yönəltmişdi. İŞİD Suriyda ələ keçirdiyi ərazilərin əksər hissəsinə nəzarəti itirib və İraqda isə tamamilə məğlub edilib.

Please reload

ƏN ÇOX OXUNANLAR