Rusiya paytaxtında may bayramları günlərində bütün növ spirtli içkilərin satışına qadağa qoyulub. Mağazalarda, yeraltı keçidlərdə, park və meydanlarda alkoqollu içkilərin satışı dayandırılacaq. Qadağa 29 aprel - 2 may və 9 may Qələbə günü qüvvədə olacaq. Qadağaya səbəb kimi bayram günlərində baş verə biləcək bədbəxt hadisələrin qarşının qabaqcadan alınması göstərilir. Qeyd edək ki, 29-30 aprel, 1-2 may və 9 may günləri Rusiyada qeyri-iş günləri hesab olunur.