top of page

Tramp hücumu başladı: İranın “şiə qurşağı”na zərbə


ABŞ-ın İran anlaşmasından çıxması gözlənilən idi, səbəbi də ABŞ-dan qaynaqlanmır. İsrail İrana qarşı yenidən böyük bir cəbhə formalaşdırmaq istəyir.

Bu sözləri Pressnews.az-a ABŞ-ın İranla nüvə razılaşmasından çıxmasını şərh edən iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, ABŞ və İsrail bölgədə ciddi bir “şiə qurşağının” yaranmasından çox narahatdırlar:

“Əslində, Qərbin İraq və Suriyaya müdaxiləsindən hələlik ən çox udan ölkə məhz İrandır. İran İraqda ciddi nüfuz sahibi və oyun qurucusudur, Suriyada həlledici faktordur, Livan və Yəməndə siyasi və hərbi gücdür. Yəni cəmi 10 il əvvəl ancaq öz sərhədləri içinə sığınan İran məhz Qərbin bölgəyə müdaxiləsindən sonra sərhədlərini aşdı, bölgədə güc sahibi oldu, İran-İraq-Suriya-Livan “şiə qurşağı” yarandı. Trampın açıq söyləmədiyi etirazı məhz bununla bağlıdır, atom anlaşması isə bəhanədir. İran rahatlıqla həm də Aralıq dənizinə çıxış əldə edib, indi ABŞ və İsrailin məqsədi “şiə qurşağının” həlqələrini qırmaq, İranın Aralıq dənizinə çıxışını önləməkdir”.

bottom of page