PRESS NEWS AZERBAIJAN

Azərbaycan taborları İrəvan - Gümrü istiqamətində irəliləyəcək

14.05.2018

 Bu barədə Türkiyə Silahlı Qüvvələrindən məlumat verilib

Qarsda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə taktiki təlimi keçiriləcək.

Pressnews.az-in məlumatına görə, bu barədə “AzeriDefence”nin “Efes-2018” təlimində iştirak etmiş əməkdaşına eksklüziv olaraq Türkiyə Silahlı Qüvvələrindən məlumat verilib.

May ayının 29-dan 31-dək davam edəcək döyüş atışlı təlimdə hər iki tərəfdən tabor səviyyəsində qüvvələr iştirak edəcək. Təlimə Azərbaycandan Naxçıvan Əlahiddə Ümumqoşun Orduunun qüvvələri qatılacaq. Yəni Azərbaycan taborları İrəvan - Gümrü istiqamətində irəliləyərək, Türkiyə ərazisi ilə Qarsa gedəcək. 

Qeyd edək ki, 2012-ci ildən başlayaraq hər il Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimləri keçirilir. Tabor səviyyəsində bundan əvvəlki təlim Bakıda və Naxçıvan Muxtar Respublikasında keçirilib.

Please reload

ƏN ÇOX OXUNANLAR