PRESS NEWS AZERBAIJAN

Ermənilər Naxçıvanda azad edilən mövqelərimizi çəkdi: - "Kənddə çaxnaşmadır" (FOTOLAR)

31.05.2018

 

Ermənistan müdafiə nazirliyi Vayots Dzor vilayətinin Arpa kəndi istiqamətindəAzərbaycan tərəfindən yüksəkliklərin azad edilməsinə münasibət bildirib.

"Facebook" sosial şəbəkə istifadəçisi Siranuş Tumanyan, öz səhifəsində bildirib ki, Arpa kəndi yaxınlığında Azərbaycan yeni mövqelər qurub. 

"Areni kəndinin yaxınlığında Azərbaycan tərəfinin yeni mövqelərini, fotoları elə bu an Areni kəndinin bağlarından çəkmişəm. Kənd onlar tərəfindən tamamilə müşahidə edilir. Hazırda bizim mövqelər daha aşağı səviyyədə qalıb. Kənddə çaxnaşmadır. İnanmayanlara və inkar edənlərə, xahiş edirəm ki, Areni kəndinə gəlib əmin olsunlar", - deyə Tumanyan öz "Facebook" səhifəsində yazıb. 

 

 

Nəticədə, Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan açıqlama verməyə məcbur olub. 

Erməni jurnalistin "Bəs yeni mövqelərin peyda olduğu doğrudur?" sualına Hovhannisyan bu şəkildə cavab verib: "Mən bir söz deyə bilmərəm, Azərbaycan öz tərəfində yeni mövqelər qura bilər. Onların mövqeləri, öz dövlətlərinin sərhədləri daxilindədir".

 

 


Qeyd edək ki, bu barədə daha öncə erməni hərbi jurnalist, “Hetq” internet nəşrinin baş redaktoru Edik Baqdasaryan da açıqlama vermişdi. 

Please reload

ƏN ÇOX OXUNANLAR