top of page

"İskəndər" raketinin rəqibi artıq Azərbaycan ordusundadır


Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında hökumətlərarası razılaşmaya əsasən, ölkəmizə gətirilən 301 mm-lik "Polonez"lər ordumuzun silahlanmasına daxil edilib.

Pressnews Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edək ki, otən ilin oktyabrında Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasına rəsmi səfəri zamanı bu ölkənin hərbi sənayesinin istehsal etdiyi döyüş texnikaları və hərbi təyinatlı digər vasitələrlə tanış olub, ordumuzun silah arsenalını gücləndirə biləcək silah və texnika ilə yaxından maraqlanıb. Nazirin "Polonez"ə baxışından sonra Azərbaycan bu uzaqmənzilli reaktiv yaylım atəş sistemini sifariş edib."Polonez"-in ilk xarici nümayişi də 2016-cı ildə ölkəmizdə — "ADEX-2016" sərgisində olub. Ondan sonra Belarus tərəfi Azərbaycanla "Polonez" raket kompleksinin alqı-satqısına dair razılıq əldə olunduğunu açıqlayıb."Polonez"-in istehsalına 2014-cü ildə başlanıb. Bir maşın üzərində döyüşə hazır 8 raket var.

"Polonez"-in bir maşını raketlərlə eyni zamanda səkkiz hədəfə dəqiq zərbə endirməyə imkan verir. Maksimal məsafədə koordinatdan sapma 30 metrdən çox deyil.

2017-ci ildə Belarusda "MİLEX-2017" Beynəlxalq silah və hərbi texnika sərgisində "Polonez" RS30 tipli raketlərinin yeni varinatını təqdim edib. Dəqiq Elektromexanika Zavodunda hazırlanmış raketin atış məsafəsi 280 km təşkil edir. 300 mm çaplı raket 480 kq çəkidə döyüş başlığına malikdir. Ümumilikdə "Polonez" raket kompleksi Belarus ordusunda "Uraqan" (220 mm) və "Smerç" (300 mm) raketlərini əvəz etmək üçün hazırlanıb. Kompleksin Çinin köməyi ilə yaradıldığı bildirilir. RS30 düşmənin açıq sahədə, sığınacaqlarda, zirehli və zirehsiz texnika, artilleriya, raket sistemləri və hava hücumundan müdafiə vasitələrinin məhv edilməsi üçün nəzərdə tutulub.Həmçinin Belarus və xarici mənbələr "Polonez"-i Rusiyanın "İsgəndər" raketinə əsas rəqib göstərirlər.

bottom of page