top of page

Yaponiyada leysan yağışları nəticəsində ölənlərin sayı 100-ü keçib


Yaponiyanın qərbində baş vermiş leysan yağışlar və daşqın nəticəsində ölən və itkin düşənlərin sayı artıb.

Pressnews.az xarici KİV-lərə istinadən xəbər verir ki,leysan yağışlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb.

Son məlumatlara görə, təbii fəlakət nəticəsində 103 nəfər ölüb, 56 nəfər itkin düşmüş hesab edilir.

Daşqın başlayarkən suyun səviyyəsi sürətlə artdığından, insanlar evlərindən çıxmağa vaxt tapmayıblar.

Bəziləri su və zibil qatı altında qalıb.

Sinoptiklərinin bildirdiyinə görə, ölkə bu dərəcədə güclü yağışlarla indiyədək üzləşməmişdi.

Daşqına məruz qalmış ərazilərdən 2 milyona yaxın insan evakuasiya edilib.

Son bir neçə gün ərzində Yaponiyada iyul ayı üçün yağıntı normasından 3 dəfə artıq həçmdə yağış yağıb.

Ölüm hallarının əksəriyyəti Hiroşima prefekturasının Motoyama şəhərində baş verib.

bottom of page