top of page

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya - Aspirant Heydər Əliye


Hörmətli Mehriban xanım!

24.02.1993-cü il tarixindən, Ulu Öndərimiz hakimiyyətə gəlməmişdən öncə Onun adını daşıyıram. Atam prokuror Məmməd Əliyev o ağır illərdə Ulu Öndərimiz Heydər Əliyevin silahdaşlarından olmuşdur, Yeni Azərbaycan Partiyasının 1993-cü ildə Xətai rayonunun ilk təftiş komissiyasının sədri seçilmişdir.

Atam Heydər Əliyev irsinə sadiq, Onun fəaliyyətinin aktiv təbliğatçısı olduğu üçün 1993-cü il iyun ayının 9-da o dövrün qoçuları tərəfindən onun ağır işgəncələrlə "Çinar" restoranının yanında yerləşən Zooparka aparılması, öz ideyalarına təkzib verməsi məqsədilə vəhşi canavarla bir qəfəsə salınması Azərbaycan xalqına məlumdur. Lakin atam əqidəsindən dönməmişdir. Dövlətimizin Prezidenti möhtərəm cənab İlham Əliyev atamızın mərd, kişi xüsusiyyətlərini nəzərə alıb etdiyi müraciəti əsasında onu 2000-ci ildə, 36 yaşında, müstəsna halda imzaladığı üçüncü Zəmanət məktubu ilə Dövlət Neft Şirkətindən 10-cu dərəcəli hüquqşünas vəzifəsindən Azərbaycan Respublikası Baş Prokurorluğunun Mərkəzi aparatına şöbə prokuroru vəzifəsinə təyin etmişdir !!!

Hazırda Bakı şəhər prokurorluğunun şöbə prokuroru, ədliyyə müşaviri, Azərbaycan Yazıçılar Birliyinin üzvü atamız Məmməd Əliyevin kifayət qədər savadlı, bacarıqlı, sadiq, müasir dünyəvi təfəkkürə malik olması, təbii ki, onun əhatəsində qısqananların sayını artırmalı oldu!

Atamı məqsədli şəkildə hörmətdən salmaq üçün ona biri savadsız, biri bacarıqsız demək istəyir! Savadsız adamın üç oğlu Moskvada əyani ali hüquq təhsili ala bilərmi? Bacarıqsız insan cənab Prezidentimizdən üç dəfə Zəmanət məktubu ala bilərmi? 19 il rüşvətə, korrupsiyaya yox deyə bilərmi? Azərbaycan Yazıçılar Birliyinin üzvü olarmı? İki ali təhsil alıb hüquq sahəsində namizədlik dissertasiyasını bitirə bilərmi? Ədliyyə müşaviri ola bilərmi?

Bu qısqanclığın davamı olaraq heç bir səbəb göstərmədən Baş Prokuror Zakir Qaralov atam Məmməd Əliyevi Baş Prokurorluğun Mərkəzi aparatından 9 ildir uzaqlaşdıraraq Bakı şəhər prokurorluğuna aşağı vəzifəyə göndərmişdir.

Onlar anlamalıdırlar ki, Prokuror Məmməd Əliyev birbaşa dövlətimizin Başçısı cənab İlham Əliyevin və Sizin kadrınızdır.

Artıq 19 ildir Prokurorluğun rəhbərliyi atamı Müraciətlər İdarəsində çürüdürlər. Atamız dəfələrlə Baş Prokuror cənab Zakir Qaralova rəsmi müraciət etsə də, aylıq məvacibi yüksək olan şöbələrin birində işlə təmin olunmasından ötrü rədd cavabı almışdır. Məcburiyyət qarşısında qalıb Prezident seçkilərindən öncə - 27 aprel 2018-ci il tarixdə atama qarşı olan təhdid və təqiblərlə bağlı Kütləvi İnformasiya Vasitələri ilə Prezidentimiz cənab İlham Əliyevə xarici ölkədən müraciət etdik.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə olunan müraciətimizlə bağlı sentyabr ayının 7-də Prezidentimizin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun rəhbərliyi ilə atamız Məmməd Əliyev səhər saat 11:00-da, bir saat Prezident Aparatında qəbulda olmuş, cənab Ə.Mehdiyev onu dinləmiş və atam özünün 20 ilə yaxın Prokurorluğun rəhbərliyi tərəfindən təhdid, təqib olunması ilə bağlı olduqca vacib olan sənədləri, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə ünvanladığımız müracətləri ona təqdim etmişdir.

09 oktyabr 2018-ci il tarixdə cənab Prezidentimizin köməkçisi Əli Həsənov bu ciddi məsələ ilə bağlı cənab Prezidentimizin qəbulunda olmuş, Baş Prokuror Zakir Qaralov tərəfindən atam Məmməd Əliyevə və biz xaricdə təhsil alan aspirantlar və tələbə üç qardaşa qarşı qeyri-səmimi münasibət və haqsızlıqlarla bağlı atamın ərizəsi əsasında cənab Prezident İlham Əliyevə məruzə etmişdir. Qəbuldan sonra Əli Həsənov dərhal Baş Prokuror Zakir Qaralovu məlumatlandırsa da, əfsuslar olsun ki, bu günə kimi heç bir nəticə olmamışdır! Hörmətli Mehriban xanım, cənab Prezident İlham Əliyev köməkçilərinə tapşırıq verib bildirmişdir ki, mən prokuror Məmməd Əliyev haqqında tam məlumatlıyam, yaxınlaşsın Zakir müəllimə! Başa düşürük, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin əmr və göstərişləri müzakirə olunmur, qətidir, icra edilməlidir!

Təəssüf hissi ilə qeyd edirik ki, cənab Prezident İlham Əliyevin göstərişinə əsasən Baş Prokuror Zakir Qaralov, atam Məmməd Əliyevi qəbul edib onun kadr məsələsini həll etməkdənsə, atam möhtərəm Prezidentimizin bu tapşırıqlarına qarşı Baş Prokuror tərəfindən "İslahatlar aparılır" rədd cavabını almışdır. Bu, cənab Prezident İlham Əliyevin atamız Məmməd Əliyev haqqında imzaladığı üç "Zəmanət məktubu"na qarşı Zakir müəllim tərəfindən edilən kobud səhvdir! Prezidentimiz cənab İlham Əliyevə, Sizə və Heydər Əliyev irsinə sadiq olan, bizə və atamız Məmməd Əliyevə qarşı Prokurorluğun rəhbərliyi tərəfindən heç bir məntiqə sığmayan haqsızlıqlara etiraz olaraq biz qardaşlar Azərbacanı tərk etmişik, xaricdə yaşamaq üçün oturum almaq üzrəyik.

Azərbaycan ictimaiyyəti bu haqqda geniş məlumatlı olduğu üçün cənab İlham Əliyevə və Sizə bildiririk ki, atam Məmməd Əliyevə qarşı olunan təqiblərin başlıca səbəblərdən biri xalqımızın 10 milyona yaxın əhalisinin bu gün 3 milyonunun atamız Məmməd Əliyevin Respublikanın Baş Prokuroru təyin olunmasından ötrü Prezidentimiz cənab İlham Əliyevə və Sizə xahiş-müraciətlərinə qarşı olan qısqanclıqlardır…

Bu Müraciətlərə rəğmən atamız Məmməd Əliyevə qarşı başlanan, hazırda bu gün də davam edən Siyasi terrorun məqsədi onun həyatına son qoymaq olmuşdur və bu, 12 dəfə ciddi və ağır əməliyyat olunması ilə yekunlaşmışdır !!!

Bizim yeganə yolumuz atamız Məmməd Əliyevin ləkələnməməsi və sağ qalması üçün prokurorluq orqanlarından istefa verib, onun da xaricə köçməsidir!

Biz Rusiya Federasiyasında təhsil alan və yaşayan, tələbə-aspirantların Sizdən başlıca yeganə xahişimiz atamız Məmməd Əliyevin dövlətimiz qarşısında xidmətlərini nəzərə alıb onu aylıq məvacibi yüksək olan idarələrin birində işlə təmin olunmasıdır.

Hörmətli Mehriban xanım!

Xarici dövlətdə təhsil alan və yaşayan biz tələblərin etdiyi müraciətlərin üç dildə (Azərbaycan, rus, ingilis) möhtərəm Prezidentimiz cənab İlham Əliyevə məruzə edildiyini nəzərə alıb, humanistlik göstərib bu Müraciəti nəzarətə götürməklə, bizi atamız Məmməd Əliyevlə birlikdə qəbul etməyinizi Sizdən xahiş edirik.

Hörmətlə,

Rusiya Federasiyasında hüquq təhsili alan, yaşayan tələbə və asprantlar adından:

Moskva Dövlət Sosial Münasibətlər Akademiyasında

Dünya iqtisadiyyatı üzrə aspirant,

Moskva Dövlət Humanitar Universitetdə

Beynəlxalq hüquq ixtisası üzrə aspirant,

Azərbaycanlı Gənclər Təşkilatının sədri

(MQQEU), (ATİSO) Heydər Əliyev

Mokva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun

(Beynəlxalq hüquq və Avropa Birliyi hüququ

kafedrasının aspirantı, hüquq elmləri doktoru,

26 yaşlı alim (MGİMO) Cavanşir Əliyev

Moskva Dövlət Xalqlar Dostluğu Universitetinin

Beynəlxalq hüquq fakültəsinin IV kurs tələbəsi

(RUDEN)

Ağalar Əliyev

19.01.2019

bottom of page