Fevralın 5-də Bakıda qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının ikinci turunun oyunları keçiriləcək.
Birinci turun nəticələrinə əsasən, Səmra Qasımova, Günay Məmmədzadə, Xanım Balacayeva, Zeynəb və Türkan Məmmədyarova bacıları, Aydan Höcətova, Gövhər Beydullayeva və Ayan Allahverdiyeva hərəyə bir xalla 1-8-ci yerləri bölüşürlər.
İsveçrə sistemi üzrə 9 turdan ibarət ölkə çempionatında 18 şahmatçı iştirak edir.