Dövlət başçısı boş qalan vəzifəyə təyinat həyata keçirib
Prezident İlham Əliyev paytaxt rayonlarından birinə yeni icra başçısı təyin edib.
Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, bununla əlaqədar imzalanan sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Elşən Rövşən oğlu Salahov Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin".
Xatırladaq ki, prezident ötən ilin sonunda Gülağa Bayram oğlu İslamovu Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.