Son məlumata əsasən, Parisdə baş verən güclü yanğın nəticəsində azı 8 nəfər həlak olub, 30 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Onlardan bəzilərinin vəziyyətinin xüsusilə ağır olduğu bildirilir.
PressNews TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatı Paris prokuroru Remi Heyts BFMTV telekanalının efirində səsləndirib.
Qeyd edək ki, insident fevralın 4-dən 5-nə keçən gecə yerli vaxtla saat 01:00-da Parisin 16-cı dairəsində yerləşən Erlanje küçəsindəki doqquzmərtəbəli binanın yuxarı mərtəbələrində baş verib. Sürətlə yayılan alovun söndürülməsinə 200-dən çox yanğınsöndürən cəlb olunub.
Hazırda hadisə yerində təhqiqat aparılır. Yanğının qəsdən törədildiyi ehtimal edilir. Belə ki, faciədən öncə sakinlər arasında ciddi mübahisə olub.