top of page

Türk nazir: "Azərbaycanın olmadığı yerdə biz..."


Amerikaya gedən Çavuşoğlu tələbələr müraciət etdi

“Biz bir millət iki dövlətik. Amma bəzən bir dövlət kimi hərəkət edirik. Azərbaycanın olmadığı yerdə Türkiyə onu, Türkiyənin olmadığı yerdə başda İlham Əliyev olmaqla Azərbaycan bizi təmsil edir”. Pressnews.az-in məlumatına görə, bunu ABŞ-a səfər edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Vaşinqtonda İŞİD-ə qarşı beynəlxalq koalisiyaya üzv olan ölkələrin xarici işlər nazirlərinin toplantısında iştirak edib. Nazir Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzi, Türk-Amerika Milli Yönləndirmə Komitəsi tərəfindən keçirilən paneldə də çıxış edib. O, türkiyəli və azərbaycanlı tələbələrə xitab edib.

Çavuşoğlu son illərdə xaricdə yaşayan Azərbaycan və Türkiyə vətəndaşlarının birlikdə hərəkət edərək ortaq və milli mübarizələrini birgə apardıqlarını, bundan isə məmnunluq duyduqlarını deyib. "Bakı-Tiflis-Qars dəmiryolunun açılması ilə ticarət bağları daha da güclənib".

bottom of page