top of page

Tütün məhsullarının qiymətlərinin qalxması xəbəri təsdiqini tapdı


Son günlər siqaretin qiymətinin qalxması ilə bağlı müəyyən söz-söhbətlər dolaşır.

Ötən gün, PressNews Azərbaycan-ın əməkdaşı bütün bunlara aydınlıq gətirmək üçün metronun “Elmlər Akademiyası” stansiyasının qarşısında yerləşən bir neçə köşk və mağazada müşahidə aparıb.

Metronun qarşısında yerləşən bir neçə mağazanın satıcısı qeyd edib ki,

artıq bir neçə gündür mağazaya siqaret istehsal edən firmalar heç bir məhsul gətirmir. Gömrükdə işləyən tanışlarımız deyir ki, aksiz vergisi qalxıb. Yəqin ki, ona görə qiymətlər də artacaq”.

Bu gün səhər saatlarından isə, Mağazalarda və köşklərdə artıq qiymət artımı özünü göstərib. Satıcıların sözlərinə görə, 1.20-2.00 manat olan siqaretlərin qiymətində 30, 2.00 manatdan yuxarı olan siqaretlərin qiymətlərində isə 50 qəpik artım olub.

Əldə etdiyimiz məlumata görə, bütün siqaretlərin qiyməti qalxıb.

Qeyd edək ki, tütün və tütün məhsullarının qiyməti dövlət tərəfindən tənzimlənmir.

bottom of page