PRESS NEWS AZERBAIJAN

Hadi Rəcəbli uşaq pulunun bərpasına etiraz etdi

12.03.2019

 Bu gün 18 yaşadək olanlar üçün uşaq pulunun bərpası gündəmdə deyil.

Bu barədə Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib. Onun sözlərinə görə, 18 yaşadək bütün təbəqələrdən olan uşaqlara uşaq pulu verilməsi doğru deyil:

“Bu, belə ola bilməz. Uşaq pulu bərpa olunsa, varlı-kasıb hamıya bu müavinət verilməlidir. Axı aztəminatlı ailə ilə imkanlı ailəni bir tutmaq olmaz, dünyada belə texnologiya yoxdur. Milyonçunun uşağına niyə dövlət uşaq pulu verməlidir?! Belə olan təqdirdə ünvanlılıq pozular. Üç yaşadək uşaqlara görə uşaq pulu verilə bilər, doğuşa görə birdəfəlik müavinət verilir. Amma bunu 18 yaşadək bütün təbəqələrdən olan uşaqlara şamil etmək olmaz”.

Komitə sədri qeyd edib ki, uşaq pulunun bərpası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də hər hansı məlumat yoxdur. Xatırladaq ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi uşaq pulunun bərpası üçün hökumətə təklif göndərib.

 

Vüqar Bayramov

Mərkəzin rəhbəri Vüqar Bayramov bildirib ki, təklif edilən mexanizmə görə, uşaq pulunun məbləği üç yaş qruplarına görə müəyyənləşdirilir. Müraciətdə üç yaşınadək uşaqlara aylıq 80 manat, dörd yaşdan məktəb yaşınadək olan uşaqlara ayda 50 manat, məktəblilərə isə ayda 40 manat ödənilməsi təklif olunur.

Please reload

ƏN ÇOX OXUNANLAR

Please reload

Please reload