PRESS NEWS AZERBAIJAN

İki uğursuz hamiləlikdən sonra körpə sevinci yaşanıb

19.04.2019

 

Əvvəlki iki hamiləliyi uğursuz olan qadın Respublika Müalicəvi Diaqnostika Mərkəzində analıq sevinci yaşayıb.

 

Mərkəzdən verilən məlumata görə, qadın üçüncü hamiləliyin 25-ci həftəsində onlara müraciət edib.

 

Mərkəzin mama-ginekoloqu Aleksandr Barsukov deyib: “Gələcək ana hamiləliyinin 30-cu həftəsinə qədər xəstəxanada müalicə alıb. Həm ana, həm də döldə ciddi problemlər olduğuna görə, doğuş Qeysəriyyə yolu ilə aparılıb. Doğulan körpənin çəkisi 1,3 kiloqram olub. Doğularkən uşağın vəziyyəti orta ağır qiymətləndirilib”.

 

Neonatoloq-pediatr Təzibə Mirzəliyeva məlumat verib ki, körpə doğularkən azçəkili olduğundan reanimasiya şəraitində müalicəsi davam etdirilib və lazımi skrininq müayinələri aparılıb. Mərkəzin neonatoloji komandasının birgə əməyi sayəsində körpənin çəkisi 2 kiloqrama çatdırılıb, ana və körpə sağlam vəziyyətdə evə yola salınıb. Bütün təkrar müayinələr aparılandan sonra körpənin nevroloji statusunun normal olduğu aşkar olunub.

Please reload

ƏN ÇOX OXUNANLAR