PRESS NEWS AZERBAIJAN

Bakıda avtobus minik avtomobili ilə toqquşdu, yaralılar var

21.04.2019

 

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

 

Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

 

PressNews.Az "Report"a istinadla xəbər verir ki, Sumqayıt-Binəqədi xətti üzrə hərəkət edən 585 nömrəli avtobus ilə minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

 

Yaralılar - Tağıyev Ayaz (35 yaş), Alıyev Rizvan (51), Məmmədov Xəyyam (38), Səfərov Bəxtiyar (38) və Məmmədov Eldəniz (49) müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onların hansı nəqliyyat vasitəsində olduğu məlum deyil.

Please reload

ƏN ÇOX OXUNANLAR