PRESS NEWS AZERBAIJAN

Qəbələdə ağır qəza: 1 ölü, 5 yaralı

21.04.2019

Bunud kəndi ərazisində "BMW" və "VAZ-2106" markalı minik avtomobilləri toqquşub.

 

Qəbələ rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanların adları məlum olub.

 

PressNews.Az ONA-ya istinadla xəbər verir ki, bu gün saat 17:00 radələrində Qəbələnin Bunud kəndi ərazisində "BMW" və "VAZ-2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində Bunud kənd sakini, 1977-ci il təvəllüdlü Vəliyev Ceyhun Yarməmməd oğlu aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.

 

Hadisə zamanı Qəbələ və Bakı sakinləri - Xəlilov Emin Qulfəddin, Osmanlı İlkin Heydər oğlu, Nəcəfzadə Ruslan Aydın oğlu, Nəbiyev Elçin Yaşar oğlu, Abbasov Murad Aydın oğlu müxtəlif bədən xəsarətləri ilə Qəbələ Diaqnostika Mərkəzinə və Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Please reload

ƏN ÇOX OXUNANLAR