PRESS NEWS AZERBAIJAN

Zelenskinin yanında Merkel titrəməyə başladı

18.06.2019

 

 

Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdə Almaniya kansleri Angela Merkel özünü pis hiss edib. 

PressNews.Az xəbər ki, hadisənin görüntülərini "REN TV" telekanalı yayımlayıb.

Kadrlarda hər iki liderlərin qırımızı xalıda yanbayan durduğu görünür. Gözlənilmədən Merkel titrəməyə başlayır.

Ukrayna Prezidenti isə öz növbəsində baş verənlərə reaksiya verməyib.

Almaniya kanslerinin özünü pis hiss etməsinə səbəb hələlik dəqiq açıqlanmayıb.

Qeyd edək ki, Ukrayna lideri birgünlük Almaniyaya səfərə gedib. Almaniya və Ukrayna liderləri Donbas regionunda münaqişənin dayandırılmasını və iqtisadi əməkdaşlığın yeni perspektivlərini müzakirə ediblər.

 

 

 

Please reload

ƏN ÇOX OXUNANLAR