“Radikal dini cərəyanlar: Qadınları təsirlərdən necə qorumalı?” mövzusunda ictimai müzakirə keçirilə

21 iyun saat 12:00-da "Sputnik Azərbaycan" BMMM-də “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin “Qadınların radikal dini cərəyanlar barədə maarifləndirilməsi mövzusunda tədbirlərin təşkili” layihəsi çərçivəsində “Radikal dini cərəyanlar: Qadınları təsirlərdən necə qorumalı?” mövzusunda ictimai müzakirə keçiriləcək.
İctimai müzakirə zamanı ekspertlər ölkəmizin milli təhlükəsizliyinə təhdid olan radikal dini cərəyanlar və onların təsirlərindən qorunmaq istiqamətində fikirlərini bildirəcək, bu cərəyanların qadınlar üçün hansı təhlükələri yaratdıqlarından söhbət açacaqlar. Sonra bu mövzu ətrafında diskussiyalar olacaq.
Tədbirdə ekspertlər, dini qurumların nümayəndələri, millət vəkilləri, ictimai fəallar, qeyri-hökumət sektorunun nümayəndələri, təhsil sahəsinin mütəxəssisləri və jurnalistlər iştirak edəcəklər.
“Qadın Liderliyi Uğrunda” İctimai Birliyi bu mövzu ilə bağlı həssaslığı, maraqlı fikir və təklifləri olan şəxsləri böyük məmnuniyyətlə tədbirə dəvət edir.
Tədbirdə layihə çərçivəsində keçirilən inşa və rəsm müsabiqəsinin qaliblərinə müvafiq mükafat və diplomlar da təqdim ediləcək!
Qeyd edək ki, sözügedən layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir!
Əlavə məlumat üçün müraciət edə bilərsiz:
E-mail: leaderwoman@gmail.com, ulker2007@list.ru, i.velizade@rian.ru
Telefonlar: : 050 337 80 71, 055 207 54 90
Ünvan: Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzi, Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M (BMM 4-cü mərtəbə-liftlə üzbəüz).