PRESS NEWS AZERBAIJAN

Mədət Quliyev aparat rəhbərini vəzifəsindən azad edib

28.06.2019

 

Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri Üzeyir İsmayılov vəzifəsindən azad olunub.

 

PressNews.Az "Report"a istinadla xəbər verir ki, bununla bağlı Müdafiə Sənayesi naziri Mədət Quliyev müvafiq əmr imzalayıb.

Digər əmrlə Zaur Əliyev Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri təyin edilib. O, əvvəllər başqa dövlət qurumunda işləyib.

Bundan başqa, hazırda nazirliyin Maliyyə və mühasibat uçotu şöbəsinin müdiri vəzifəsi də boşdur. Həmin şöbənin müdiri Hüseyn Zeynalov bir müddət əvvəl işdən çıxarılıb.

Please reload

ƏN ÇOX OXUNANLAR