“Kaspersky Lab” şirkətinin mütəxəssisləri “Google Play”də zərərli bekdor “MobOk” proqram təminatı ilə təhciz olunmuş iki fotoredaktor həlli tapıb. Tətbiqlərə abunə ingilis, rus və tay dillərində, həm də ödənişli əsaslarla olub. Zərərli proqram gizli hərəkət edib və zərərçəkmişlər ancaq mobil hesablarından pullar gözlənilmədən silindikdən sonra bundan xəbər tutublar. “Pink Camera” və “Pink Camera 2” yalançı fotoredaktorları 10 min dəfədən çox yüklənilib. Təhlükəli tətbiqlər “Google Play”dən artıq silinib.