top of page

Mədət Quliyev aparat rəhbərini vəzifəsindən azad edib


Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri Üzeyir İsmayılov vəzifəsindən azad olunub.

PressNews.Az "Report"a istinadla xəbər verir ki, bununla bağlı Müdafiə Sənayesi naziri Mədət Quliyev müvafiq əmr imzalayıb.

Digər əmrlə Zaur Əliyev Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri təyin edilib. O, əvvəllər başqa dövlət qurumunda işləyib.

Bundan başqa, hazırda nazirliyin Maliyyə və mühasibat uçotu şöbəsinin müdiri vəzifəsi də boşdur. Həmin şöbənin müdiri Hüseyn Zeynalov bir müddət əvvəl işdən çıxarılıb.

bottom of page