top of page

Qarabağ haqqında rus dilində film çəkilib


Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi (SİMİB) Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qarabağ tarixi sənədli filmi (rus dilində)” layihəsi çərçivəsində sənədli filmin hazırlanmasını başa çatdırıb.

Layihə çərçivəsində rus dilində sənədli film çəkilib. Layihə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycanın Qarabağ bölgəsinin tarixi haqqında ümumi məlumatları özündə əks etdirir.

Film Azərbaycanın Qarabağ bölgəsinin tarixi haqqında tarixçilərin yazdığı dəqiq məlumatlar əsasında çəkilib. Onun ərsəyə gətirilməsində məqsəd erməni işğalı altında olan Qarabağın tarixi haqqında təkzibolunmaz məlumatları dünya ictimaiyyətinə təqdim etməkdir.

Kadrlarda Qarabağın tarixi haqqında dünya tarixçilərinin araşdırmaları, ermənilərin saxta tarix yazmaları, tarixi faktları saxtalaşdırmaları barəsində ictimaiyyətə məlumat verilib.

Film sosial şəbəkələrdə yayımlanacaq və beynəlxalq qurumlara təqdim ediləcək.

İctimai birlik bundan əvvəl 3 dildə "Qarabağ abidələri", "Qarabağ yaddaş" kitablarını, ingilis dilində “Qarabağın Xristian abidələri” və "Qafqazın konservatoriyası" , “Qarabağın mədəniyyət xəzinələri”, ingilis, rus dillində “Azərbaycanın işğal olunmuş ərazilərində doğulan görkəmli şəxsiyyətlər”, rus dilində “Qarabaq muharibəsi: Xronika(1988-94)” , “Qarabağ təbiəti” ,“İşğal olunmuş Azərbaycan bölgələri” sənədli filmlərini hazırlayıb.

bottom of page