PRESS NEWS AZERBAIJAN

Güzəştli mənzilləri kimlər ala bilər? – KATEQORİYALAR, TAM SİYAHI

17.09.2019

 

 

 

Xəbər verildiyi kimi, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) güzəştli mənzillərin yeni  partiyasını  - Yasamal Yaşayış kompleksindəki 570 mənzili satışa çıxarıb.

PressNews.az bildirir ki, güzəştli mənzil almaq hüququ olanlar buradakı 1,2 və 3 otaqlı mənzilləri aylıq müvafiq olaraq 129 manat, 205 manat və 284 manatdan başlayan ödənişlərlə ala bilərlər.

 

Bu barədə məlumat yayıldıqdan sonra oxucuların sual və müraciətlərindən aydın oldu ki, güzəştli mənzillərin kimlər üçün nəzərdə tutulması barədə məlumat azdır.

Bunu nəzərə alaraq PressNews.az MİDA-ya istinadən güzəştli mənzil almaq hüququ olan kateqoriyaların siyahısını təqdim edir.

 

Qeyd edək ki, güzəştli mənzil almaq hüququ olanlar iki yerə ayrılır – yaşı 35-dən çox olmayan gənc ailə üzvləri və yaşından və ailə vəziyyətindən asılı

olmayaraq digər şəxslər.

 

YAŞI 35-DƏN ÇOX OLMAYAN GƏNC AİLƏ ÜZVLƏRİ

 

Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları)

 

Tələb olunan sənədlərƏRİ/ARVADI OLDUQDA:

  • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş Şəhid ailəsinin statusu haqqında vəsiqənin notarial qaydada təsdiq olunmuş surəti (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.2-ci bəndinə əsasən Şəhid ailəsinin statusu haqqında vəsiqə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən verilir).;

  • Şəhid olmuş ərin/arvadın ölüm haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;

  • Müraciətedənin şəxsiyyət vəsiqəsi;

  • Müraciətedənin nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;

  • Uşağının və ya uşaqlarından birinin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti.

ÖVLADLARI OLDUQDA:

  • Müraciətedənin valideyninin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş Şəhid ailəsinin statusu haqqında vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti;

    • Şəhid olmuş valideynin ölüm haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;

    • Müraciətedənin şəxsiyyət vəsiqəsi;

    • Müraciətedənin əri/arvadının şəxsiyyət vəsiqəsi;

    • Müraciətedənin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;

    • Müraciətedənin nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;

    • Müraciətedən evli olmadıqda – uşağının və ya uşaqlarından birinin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti.

QEYD:

  • Müraciətedənin ər/arvadı xarici vətəndaş olduqda – ər/arvadın xarici pasportunun tərcüməsinin notarial qaydada təsdiq olunmuş surəti;

    • Nikah xarici ölkədə bağlandıqda – nikah haqqında şəhadətnamənin tərcüməsinin notarial qaydada təsdiq olunmuş surəti.

DİQQƏT: SURƏTİ TƏQDİM OLUNAN SƏNƏDLƏRDƏ 13 RƏQƏMLİ NOTARİAL TƏSDİQ NÖMRƏSİ OLMALIDIR.

 

Milli Qəhrəman (özü, əri/arvadı, övladları)

  • Tələb olunan sənədlər ÖZÜ OLDUQDA:

    • “Azərbaycanın Milli Qəhrəmanı” adının vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti;

    • Müraciətedənin şəxsiyyət vəsiqəsi;

    • Müraciətedənin əri/arvadının şəxsiyyət vəsiqəsi;

    • Müraciətedənin nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;

    • Müraciətedən evli olmadıqda- uşağının və ya uşaqlarından birinin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti.

QEYD:

  • Müraciətedənin ər/arvadı xarici vətəndaş olduqda - ər/arvadın xarici pasportunun tərcüməsinin notarial qaydada təsdiq olunmuş surəti;

    • Nikah xarici ölkədə bağlandıqda – nikah haqqında şəhadətnamənin tərcüməsinin notarial qaydada təsdiq olunmuş surəti.

ƏRİ/ARVADI OLDUQDA (MİLLİ QƏHRƏMAN SAĞ OLDUQDA):

  • “Azərbaycanın Milli Qəhrəmanı” adının vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti;

    • Müraciətedənin şəxsiyyət vəsiqəsi;

    • Müraciətedənin əri/arvadının şəxsiyyət vəsiqəsi;

    • Müraciətedənin nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti.

MİLLİ QƏHRƏMAN VƏFAT ETDİKDƏ:

  • “Azərbaycanın Milli Qəhrəmanı” adının vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti;

    • Müraciətedənin şəxsiyyət vəsiqəsi;

    • Müraciətedənin nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;

    • Milli qəhrəmanın ölüm haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;

    • Uşağının və ya uşaqlarından birinin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti.

ÖVLADLARI OLDUQDA:

  • “Azərbaycanın Milli Qəhrəmanı” adının vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti;

    • Müraciətedənin şəxsiyyət vəsiqəsi;

    • Müraciətedənin əri/arvadının şəxsiyyət vəsiqəsi;

    • Müraciətedənin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olumuş surəti;

    • Müraciətedənin nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;

    • Müraciətedən evli olmadıqda – uşağının və ya uşaqlarından birinin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti.

QEYD:

  • Müraciətedənin ər/arvadı xarici vətəndaş olduqda – ər/arvadın xarici pasportunun tərcüməsinin notarial qaydada təsdiq olunmuş surəti;

    • Nikah xarici ölkədə bağlandıqda – nikah haqqında şəhadətnamənin tərcüməsinin notarial qaydada təsdiq olunmuş surəti.

DİQQƏT: SURƏTİ TƏQDİM OLUNAN SƏNƏDLƏRDƏ 13 RƏQƏMLİ NOTARİAL TƏSDİQ NÖMRƏSİ OLMALIDIR.

 

məcburi köçkün və ya ona bərabər tutulan şəxs

  • Tələb olunan sənədlər

    • Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi tərəfindən verilmiş, seriya və nömrəsi olan Məcburi köçkün statusu haqqında vəsiqənin notarial qaydada təsdiq olunmuş surəti;

    • Müraciətedənin şəxsiyyət vəsiqəsi;

    • Müraciətedənin əri/arvadının şəxsiyyət vəsiqəsi;

    • Müraciətedənin nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;

    • Müraciətedən evli olmadıqda – uşağının və ya uşaqlarından birinin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti.

QEYD:

  • Müraciətedənin ər/arvadı xarici vətəndaş olduqda – ər/arvadın xarici pasportunun tərcüməsinin notarial qaydada təsdiq olunmuş surəti;

    • Nikah xarici ölkədə bağlandıqda – nikah haqqında şəhadətnamənin tərcüməsinin notarial qaydada təsdiq olunmuş surəti.

DİQQƏT: SURƏTİ TƏQDİM OLUNAN SƏNƏDLƏRDƏ 13 RƏQƏMLİ NOTARİAL TƏSDİQ NÖMRƏSİ OLMALIDIR.

  • Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs

  • Tələb olunan sənədlər VƏTƏNDAŞ YALNIZ DÖVLƏT QULLUĞUNDA QULLUQ ETDIKDƏ:

    • Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzindən dövlət qulluğunda qulluq müddəti göstərilməklə və hal-hazırda dövlət qulluğunda işləməsinə dair verilən arayışın notarial qaydada təsdiq olunmuş surəti;

    • İş yerindən arayışın (arayış formasını yüklə) notarial qaydada