PRESS NEWS AZERBAIJAN

İran qapanır – Qonşumuzla bütün əlaqələr kəsilir

24.02.2020

 

PressNews.Az "Haber7"ə istinadla xəbər verir ki, Küveyt Mülki Aviasiya Baş İdarəsi yeni növ koronavirus (Covid-19) səbəbindən İrana bütün səfərlərin dayandırıldığını açıqlayıb.

Küveyt Mülki Aviasiya Baş İdarəsinin açıqlamasında deyilir ki, qərar ölkənin Səhiyyə Nazirliyinin verdiyi təlimata görə verilib. İrandan gələn Küveyt vətəndaşları karantinə alınacaq.

 

Eyni zamanda iki həftə içində İranda olan əcnəbilərin də ölkəyə girişi qadağan ediləcək.Epidemiyanın mövcud vəziyyəti ilə əlaqədar olaraq İrandan Küveytə gələnlərə viza verilməyəcəyi də qeyd edilib.

Açıqlamada ayrıca Küvet vətəndaşlarına İrana getməməsi üçün çağırış edilib.Qeyd edək ki, İranda virusa yoluxanların sayı 18 nəfərə çatıb. Onlardan 5-nin ölməsi narahatlığı artırıb.

İraq və Səudiyyə Ərəbistanı İrana uçuşları dayandırıb.Çində isə koronavirusdan ölənlərin sayı 2345 nəfərə çatıb.

Ölkədə virusa yoluxanların sayı 76 min 288 nəfərdir. 20 min 659 nəfər sağalıb. Məlumata görə, xəstəliyin episentri hesab edilən Uhan şəhərində 19 müvəqqəti xəstəxana tikilir.

Please reload

ƏN ÇOX OXUNANLAR

Please reload

Please reload