PRESS NEWS AZERBAIJAN

Astara ilə Biləsuvar gömrük-sərhəd məntəqələri bağlandı

24.02.2020

 

Keçid məntəqəsindən İran tərəfdən yalnız Azərbaycan vətəndaşları, Azərbaycan tərəfindən isə İran vətəndaşlarının keçidinə icazə verilir.

 

Çində aşkar edilən və qonşu İran İslam Respublikasında da yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində cənub sərhədlərimizdə yerləşən Astara və Biləsuvar gömrük-sərhəd keçid məntəqələrində profilaktik tədbirlər və dezinfeksiya işləri aparılır və buna görə də həmin məntəqələrdə müəyyən məhdudiyyətlər tətbiq edilib.

 

PressNews.Az Report-a istinadən bildirir ki, Astaradakı məntəqədə 1 saat ərzində havalandırma-dezinfeksiya işləri aparılıb və bu proses gündə bir dəfə həyata keçiriləcək. Biləsuvar məntəqəsinin nə vaxt açılacağı məlum deyil.

 

Məlumata görə, keçid məntəqəsindən İran tərəfdən yalnız Azərbaycan vətəndaşları, Azərbaycan tərəfindən isə İran vətəndaşlarının keçidinə icazə verilir.

Please reload

ƏN ÇOX OXUNANLAR

Please reload

Please reload