PRESS NEWS AZERBAIJAN

Azərbaycanda koronavirusla bağlı iddialara səlahiyyətli qurumlardan cavab

24.02.2020

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırır.

 

"Sosial şəbəkələrdə koronovirusa yoluxmuş şəxslərin Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi barədə yayılan səs yazısı həqiqəti əks etdirmir. Məlumatın həqiqətə uyğun olmamasını Mərkəzi Klinik Xəstəxananın rəhbərliyi də təsdiqləyib.

 

PressNews.Az bildirir ki, bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatında deyilir.

 

"Qeyd edək ki, ölkəyə daxil olan şəxslərdə virus təhlükəsi olduqda onlar xüsusi ayırılmış dövlət tibb müəssisələrinə yerləşdirilir. Hazırda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən yoxdur.

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırır", - deyə məlumatda qeyd olunur.

 

Qeyd edək ki, sosial şəbəkə və messencer proqramlarında Azərbaycanda koronavirusa yoluxma halları ilə bağlı məlumatlar, səs yazıları paylaşılır.

 

Please reload

ƏN ÇOX OXUNANLAR