PRESS NEWS AZERBAIJAN

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

24.02.2020

 

Hadisə zamanı Türkiyənin Van vilayətində 3-ü uşaq olmaqla 9 nəfər həlak olub, 37 nəfər xəsarət alıb. İranda zəlzələdən xəsarət alanların sayı 75-ə yüksəlib, ölən yoxdur.

 

Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

 

PressNews.Az bildirir ki, məktubda deyilir:

 

"Hörmətli cənab Prezident, Əziz Qardaşım. Bu gün baş vermiş zəlzələnin Vanda insan tələfatına və dağıntılara səbəb olmasından çox kədərləndim. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!"

 

Xatırladaq ki, bu səhər 09:52-də Naxçıvan stansiyasından 110 km cənub-qərbdə Türkiyə-İran sərhədində, Qərbi Azərbaycan əyalətinin Xoy mahalında, Qotur rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan Muxtar Respublikası ərazisində 3-4 bala qədər hiss edilib. 5,8 maqnitudalı zəlzələ ocağının dərinliyi 10 kilometr olub.

 

Hadisə zamanı Türkiyənin Van vilayətində 3-ü uşaq olmaqla 9 nəfər həlak olub, 37 nəfər xəsarət alıb. İranda zəlzələdən xəsarət alanların sayı 75-ə yüksəlib, ölən yoxdur.

Please reload

ƏN ÇOX OXUNANLAR