PRESS NEWS AZERBAIJAN

Dayanacaqlardan qara rəngli avtomobillər evakuasiya edilir

02.01.2018

 

Nəqliyyat vasitələri sahiblərinə qaytarılaraq ağ və ya digər açıq rəngə boyadılması barədə xəbərdarlıq edilir

 

Türkmənistanda dayanacaqlardan qara rəngli avtomobilləri evakuasiya edilir.

PressNews.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Türkmənistan gündəliyi" nəşri yazır.

 

Qeyd edilir ki, yanvarın 1-dən ölkədə qara rəngli avtomobillərdən istifadə qadağan olunub. Nəqliyyat vasitələri sahiblərinə qaytarılaraq ağ və ya digər açıq rəngə boyadılması barədə xəbərdarlıq edilir.

 

Yeni tələblər nəticəsində avtoservislərdə avtomobillərin rənglənməsi qiyməti iki dəfə artıb. Əgər əvvəl maşının rənglənməsi 500 dollara başa gəlirdisə, indi bu xidmət 1000 dollara qədər bahalaşıb.

Please reload

ƏN ÇOX OXUNANLAR

Please reload

Please reload