PRESS NEWS AZERBAIJAN

Lənətlənmiş evlər - Yalan, yoxsa gerçək? - FOTOLAR

21.11.2017

Qorxulu filmlər bəzilərinin sevə-sevə izlədiyi ekran əsərləridir. Onların bir çoxu ayrı-ayrı evlərdə çəkilir. Şübhəsiz ki, bu cür filmlərin çoxu hansısa yazıçının təxəyyülünün nəticəsi, uydurmasıdır. Lakin elə evlər də var ki, onların içində qeyri-adi, müəmmalı hadisələr, sirli olaylar baş verir. Onların içində ağlaşma səsləri, iniltilər eşidilir, divarlarında kölgələr gəzir.

 

Bu səbəbdən də, həmin evlərin lənətlənmiş olduğu deyilir.

 

 Ronald Defeo “Amityvill evi” adlanan bu evdə ailəsinin 6 üzvünü qətlə yetirib. Onun otaqlarında 11 qorxu filmi çəkilib.

 

 

“Con Braunun evi” – bu, Braun adlı zəncinin irqçilər tərəfindən asılaraq qətlə yetirildiyi malikanədir. Ərazidə yaşayanlar deyirlər ki, evin ətrafındakı ağaclarda iniltilər bu günə kimi eşidilməkdədir. Onlar bunu ruhlarla əlaqələndirirlər.

 

 

 Cenet Leytin evi – məşhur “Manyak” filmi burada lentə alınıb. Çoxları bunu adi bədii film kimi qiymətləndirsələr də, filmin məhz Cenet Leytin evi adlanan malikanədə çəkilməsi heç də təsadüfi deyil. Bu evi lənətlənmiş mənzillərdən biri adlandırırlar. Həmin səbəbdən də, onun otaqları uzun müddətdir ki, insan üzünə həsrətdir.

 

 

Ma Barkerin evi – Al Kapone və digər mafiya başçılarının bir müddət yaşadıqları bu evin çox uğursuz məkan olduğu bildirilir.

Lizzi Bordenin evi – atasını və ögey anasını bu evdə baltalayan Lizzi Bordenin mənzili satışa çıxarılıb. Amma bu günə kimi ona yaxın duran, maraqlanan yoxdur.

 

 

Satanistlərin köşkü – bu evin əvvəlki sahibləri otaqlarda satanist ayinləri həyata keçiriblər. Ona görə də, köşkün adı lənətlənmiş evlər sırasındadır. 

Kreyser malikanəsi – bu ev Kreyser adlı qadının tüfənglə özünü vuraraq intihar etdiyi evdir. Bu intihardan illər keçsə də, evdə indiyə qədər ağlaşma səsi gəlir.

 

 

 “Skveppe malikanəsi” – malikanənin sahibi Çarlez burada intihar edib. Lakin buna baxmayaraq, onun ruhunun malikanədə dolaşdığı deyilir. Malikanədəki pəncərələrin hər biri çirkli, tozludur, təkcə birindən başqa. İllərlə təmizlənməyən, dəsmal dəyməyən həmin pəncərə maraqlıdır ki, daim təmiz qalır.

 

 

 “Hampton Lilibriqin evi” – bu evin içində uşaq və böyüklərin ağlaşma səsləri eşidilir. Bir çoxları evin ruhlar məskəninə çevrildiyini iddia edir.

 

 

 Fin evi – deyilənlərə görə, burada  bədənsiz kölgələr dolaşır. Evdə bircə dəfə də olsa, qalanlar otaqlarda qeyri-adi kölgələrin olduğunu təsdiq edirlər...

 

Please reload

ƏN ÇOX OXUNANLAR