PRESS NEWS AZERBAIJAN

Qardaşı bacı qatilinə çevirən qısqanclıq

21.11.2017

 Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi yekunlaşıb. Məhkəmə qarşısında Gülməmmədov Ruslan Rafiq oğlu cavab verib. Ruslan Gülməmmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.

 

Təqsirləndirilən şəxsin anket məlumatları dinlənildikdən sonra prokuror ittiham aktını elan edib.

 

İttihama görə, 2016-cı ilin iyun ayının 19-da Tovuz rayonunda, Əsrik çayının Aşağ Quşçu kəndi ərazisindən keçən hissəsində kənd sakini, 1999-cu il təvəllüdlü Günay Rafiq qızı Gülməmmədovanın meyiti aşkarlanıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, G.Gülməmmədovanı onun qardaşı, Aşağı Quşçu kənd sakini, 1994-cü il təvəllüdlü R.Gülməmmədov bıçaqlayaraq, qətlə yetirib. Onun anası bir müddət əvvəl vəfat etdikdən sonra taksi sürücüsü olan atası başqa qadınla ailə qurub. Keçirilən əməliyyat tədbirləri nəticəsində  Ruslan Gülməmmədov saxlanılıb.

 

Ruslan Gülməmmədov ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini bildirib: "Bacımı qısqanclıq zəminində öldürmüşəm. Bir neçə dəfə onun telefonla danışdığını aşkarlamışam və xəbərdarlıq etmişəm. Lakin Günay bu xəbərdarlıqlara məhəl qoymadı. Hadisə baş verən gün günorta saatlarında Günay evimizin yaxınlığından keçən Əsrik çayının sahilinə getdi. Mən də onun ardınca getdim və onu öldürdüm. Onun qarın nahiyəsindən bir neçə bıçaq zərbəsi vurdum və boğazını kəsdim".

 

Məhkəmənin hökmü ilə Ruslan Gülməmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Please reload

ƏN ÇOX OXUNANLAR