Efirdə maskamı çıxartdılar, yoluxdum

"Məni telekanalların verilişlərinə dəvət etdilər, canlı yayım idi.
Bayırdan maskayla gəldik telekanala, studiyaya daxil olanda bizdən maskaları çıxarmağı tələb etdilər. Maskamı çıxartdırdılar ki, indi bu dəqiqə canlı yayım başlayacaq. Mən də məcbur çıxartdım. Canlı oxutdurmaq istədilər, mənim mikrafonum başqa müğənninin mikrofununa , başqa müğənnilərin mikrafonu mənimkinə qarışdı. Beləcə aləmi qatdılar bir-birinə. Allah cəzalarını versin”.
Qeyd edək ki, əməkdar artist B. Əşrəfov 10 gündən artıqdır koronavirusa yoluxub.