top of page

Gömrük Komitəsindən sərhəddə avtomobillərin saxlanılması ilə bağlı – Açıqlama


“Bu gün sosial şəbəklərdə Rusiyadan Azərbaycan ərazisindən tranzit keçməklə digər qonşu ölkələrə getmək istəyən bir neçə boş yük və yüngül minik nəqliyyat vasitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Samur gömrük postunda saxlanılması və ölkəyə buraxılmamasına dair iddiaların yer aldığı videogörüntülər yayımlanıb”.

Bu barədə Dövlət Gömrük Komitəsinin yaydığı açıqlamada deyilir.

Bildirilib ki, Rusiya-Azərbaycan sərhədindəki neytral ərazidə dayanan nəqliyyat vasitələrinin sürücüləri tərəfindən çəkilərək yayımlanan videogörüntülərdə nəqliyyat vasitələrinin gömrük orqanları tərəfindən qanunsuz olaraq buraxılmadığı iddia olunur:

“Dövlət Gömrük Komitəsi bildirir ki, həmin nəqliyyat vasitələri gömrük sərhədindən Azərbaycan ərazisinə daxil olmaq istəyərkən həyata keçirilən pasport nəzarəti zamanı sürücülərin quru sərhədləri vasitəsilə ölkəyə gəlmək üçün müvafiq icazə sənədlərinin olmadığı müəyyən edilib.

Belə ki, mövcud pandemiya şəraiti ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara əsasən, quru sərhədindən yalnız bu qurum tərəfindən verilən icazə sənədi əsasında və ya qanunvericilikdə müəyyən olunan hallarda keçmək mümkündür.

bottom of page