top of page

“Qondarma “erməni soyqırımı” iddialarından bezmişik” – Ərdoğan


“ABŞ-la gərginliyin səbəbi qondarma erməni soyqırımıdır. Artıq bezmişik. Hər 24 aprel gələndə ABŞ nə deyəcək? Qoyun bu işləri tarixçilər görsün, antropoloqlar işləsin”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-nin efirində jurnalistlərin suallarını cavablandırarkən deyib.

Ərdoğan bildirib ki, bu çalışmalardan sonra siyasilər üzərinə düşəni etməlidir.

Səndən öncəkilər o ifadəni (“erməni soyqırımı” – red.) işlətmədi. Biz buna görə çox məyus oluruq. Türkiyə bir qəsəbə dövləti deyil, heç kim küncə sıxışdıra bilməz.

Türkiyəni bu şəkildə küncə sıxışdırmağa çalışanlar vacib bir dostunu itirər”, – dövlət başçısı vurğulayıb

bottom of page