top of page

Rəqsanənin qızı körpələr evindən gizli çəkiliş yaydı - QALMAQALLI VİDEO


Kimsəsiz uşaqlar üçün gətirilən yardım ciplə hara daşınır?

Bakıdakı uşaq evlərindən birindən qalmaqallı görüntülər yayıldı. İstiPress-in məlumatına görə, Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evində çəkilən görüntüləri müğənni Rəqsanə İsmayılovanın qızı Aysun öz "İnstagram" səhifəsində yayaıb.

Videoda qadınla kişinin valideyin himayəsindən məhrum olan uşaqların qaldığı binanın arxa qapısından böyük ağ torbaları cip markalı maşının baqajına doldurduğu əks edilib. İstiPress Aysun İsmayılovanın statusunu olduğu kimi təqdim edir:

"Bu mənzərə ilə artıq neçənci dəfədir ki, qarşılaşıram. Bura 1 saylı körpələr evinin həyətidir. Bu videonu çəkməkdə məqsədim odur ki, hər dəfə bura xeyli bazarlıq, geyim, şirniyyat, yeməklər, ətlər, bir sözlə hər şey gəlir. Kimə gəlir⁉️ Ordakı körpə uşaqlara‼️ Amma o uşaqlar onların 10% görür. Niyə⁉️ Çünki 1 gün sonra o bazarlıq maşınlara doldurulur ve harasa gedir. Sadece məni bir vətəndaş olaraq çox maraqlıdır o bazarlıqları siz hara aparırsınız⁉️ (Düşünürəm ki, cavabaı hər kəs bilir. Amma biz yenə də soruşaq görək hara gedir?).

1 saylı Körpələr Evinin baş həkimi Nəhayət Əliyeva "criminal.az"a açıqlamasında videodakı görüntüyə aydınlıq gətirib. Bildirib ki, Aysun Rəqsanənin qızıdır və körpələr evi yerləşən həyətdə nənəsi ilə kirayə yaşayırlar.

Baş həkimin sözlərinə görə, arpelin 26-da bacısı oğlu, qrossmeyster Rauf Məmmədovun doğum günü idi. ''Aprelin 27-də isə qurban kəsib tortla bizim körpələr evinə gəlmişdi. Bizim işə gətirib, işdən aparmayıb... Videoda görünn hündür oğlan isə xəstəxanamızın gecə gözətçisidir və mayın 1-dən məzuniyyətə gedir. Bacımdan xahiş etdi ki, onun yatağını da maşınla aparmaqda köməklik etsin. Mənə şər atdığına görə Rəqsanənin qızını məhkəməyə verəcəm. Aysun xəstəxanadan oğurluq edildiyini görübsə, niyə 102-yə zəng edib polis çağırmırdı. 18 ildir orda işləyirəm, bir balam var. 7 bacı bizim xəstəxanaya daşıdığımızı el-aləm bilir. Biz bunu heç harda işıqlandırmırıq. Adam yetimə çörək verəndə onu işıqlandırmaz. Bu adam mənə şər atır. Atasız-anasız uşağın nəyin apara bilərəm axı?''.

bottom of page