Nazir əlilliiyi kəsilən və 2-3 ildir, əlilliyi bərpa edilməyən insanlarla bağlı məsələyə toxnunub. Mən inanmıram ki, ölkədə bütün xəstəxanalar adekvat işləmir.
"Əlilliyin təyin olunması proseduru məlumdur. Bizim tərəfimizdən hər bir hal araşdırılır". Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, cari ildə 40 mindən artıq vətəndaşa əlillik təyin edilib:
"Bunun 50%-i ilkin əlillik, 50%-i təkrar əlillikdir. Haqqı çatan, qanunvericiliyə uyğun olan bütün hallar dəyərləndirilməli, bu insanlara əlillik təyin edilməlidir. Saxta şəkildə əlillikdən gəlir yeri kimi istifadəyə isə icazə verilməməlidir. Bunun qarşısı alınacaq".
Nazir əlilliiyi kəsilən və 2-3 ildir, əlilliyi bərpa edilməyən insanlarla bağlı məsələyə toxnunub: "Mən inanmıram ki, ölkədə bütün xəstəxanalar adekvat işləmir. Əlillik pensiyası kəsilən şəxslər yenidən yoxlamadan keçməli, xəstəxanaya müraciət etməlidirlər".
Qeyd edək ki, deputat Azər Badamov deyib ki, birinci Qarabağ müharibəsi əlillərinin pensiya təminatı ilə bağlı məsələ illərdir davam edir. Son illər bir neçə Birinci Qarabağ müharibəsi əlillərinin pensiya təminatı dayandırılıb. Onlar narazılıqlarını bildirirlər. Deputat qeyd edib ki, həmin vətəndaşlar əlilliyinin dayandırılması ilə bağlı yenidən müraciət etdikdə, onlara mənfi cavab verilir:
"Mümkündürmü ki, həmin vətəndaşlar onlayn şəkildə deyil, vizual şəkildə qəbul olunsun və əlillikləri bir daha dəyərləndirilsin. Nəyə görə əlillikləri dayandırılıb birbaşa izah olunsun".
Əlilliyə görə əmək pensiyası
Xatırladaq ki, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir.
Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Əlilliyə görə əmək pensiyasının müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən müddətə təyin edilir.