top of page
horse az.png
clipart-grass-clear-background-19.png
purepng.com-grass-vectornaturegreengrass
11ea50ac9d5d472c71ca72ac7f8aebf1_grass-g
giphy.gif
giphy.gif
giphy.gif

CİNSİN TARİXİ

Qarabağ atı – Dağlıq Qarabağ ərazisində yetişdirilən dağ-minik at cinsidir

(Azərbaycan atlarının tipi).​

Bu atları Rusiyada da yüksək qiymətləndiriblər. Dağlıq Qarabağda bu cinsi köhlən at adlandırırdılar. Hələ qədim zamanlardan Qarabağ xanlığı öz atları ilə şöhrət qazanıb. Bu parlaq və özünəməxsus cinsə aid olan yorğa, gözəl, güclü atlar vətəninin şərəfli tarixində parlaq iz qoyublar.

İran, türkmən və sonra da ərəb atlarının təsiri altında çox yaxşı cins yetişdirilib. Qarabağ atları şərq tipindən olan ən yaxşı cinslərdən biri kimi qəbul edilib.

 

XIX əsrdə Azərbaycanda at cinsləri içərisində ən çox şöhrət qazananlardan biri Qarabağ atı idi. Bu at öz yüksək keyfiyyət göstəricilərinə, gözəlliyinə görə təmiz qanlı ərəb atı olan köhlənlə müqayisə edilirdi. Bu atların xarici görkəmlərində diqqəti cəlb edən tipik xüsusiyyətlər ilk növbədə dağlıq mənşəli atlara хas olan bədənin bütün hissələrinin hormanik və sıх surətdə əlaqəli olması, başın boyuna nisbətən mütənasib olması ilə yanaşı peysər hissəsinin güclü olması, dırnaqların möhkəmliyi, belin düz olması və yəhər yerinin hiss olunması, boyun kiçik olması, hərəkətlərində ağırlıq mərkəzini çevik saхlamaq qabiliyyətinin olması və bununla ən sürətli qaçış zamanı belə ani olaraq korpusun vəziyyətini dəyişərək dayanmaq qabiliyyətinin olmasıdır. Atın cənub mənşəli olmasını göstərən, dərinin nazik və quru, tüklərin zərif və göz qamaşdırıcı parlaq rəngi, sanqvinik-хolerik temperamentə malik olması, soyuqlamaya meylliliyidir. Atın saf qanlı olması və sahibinə itaət səviyyəsində bağlılığı, baхışlarının mənalı, davranışında mehribançılıq hissinin biruzə verilməsi də Qarabağ cinsinin səciyyəvi cəhətləridir.

 

XIX əsrdə bu atlar Rusiyanın cənubunda (Don atının təkmilləşdirilməsi daxil olmaqla) və və bir sıra Qərbi Avropa ölkələrində (Polşa, Fransa, İngiltərə) minik atçılığının inkişafına təsir göstərdi.

 

Sovet dövründə Qarabağ cinsindən olan atların yetişdirilməsi ilə iхtisaslaşmış Ağdam Atçılıq Zavodu məşğul olub. Qarabağ münaqişəsi və iqtisadi çətinliklər nəticəsində atçılıq böhran yaşamağa başlayıb.

Hal-hazırda Azərbaycanda Qarabağ cinslərinin bərpası istiqamətində iş gedir.

giphy.gif
giphy.gif
giphy.gif
giphy.gif
bottom of page